“Mətbuat Şurası öz monitorinqini keçirir”

“Mətbuat Şurası öz monitorinqini keçirir”
  15 May 2013    Oxunub:1420
“Proqrama əsasən biz mütəmadi olaraq 3 aydan bir dəfə bu sayaq tədbirləri keçirəcəyik”
“Dövlət proqramında Mətbuat Şurasına həvalə olunub ki, dilin bir sıra xüsusiyyətlərinin pozulmasına qarşı monitorinqlər keçirək”. Bunu AzVision.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na münasibətində deyib. Şura sədri bildirib ki, dövlət proqramının qəbul olunmasına qədər Mətbuat Şurası Azərbaycan mediasının dili ilə bağlı mütəmadi olaraq monitorinqlə keçirib.

“Şura dilin xüsusiyyətləri, şivələrdən, dialektlərdən, xarici dillərdən gələn sözlərlə bağlı və dildə qramatik, fonetik, sintaktik baxımdan pozulmalarla bağlı Mətbuat Şurası öz monitorinqini keçirir. Hazırda da bu monitorinq keçirilir. Həmin dövlət proqramında Mətbuat Şurasına həvalə olunub ki, dilin vəziyyəti ilə bağlı bu sayaq araşdırmalar sürətləndirilsin, artırılsın. Proqrama əsasən biz mütəmadi olaraq 3 aydan bir dəfə bu sayaq tədbirləri keçirəcəyik”-deyə Ə.Amaşov vurğulayıb.

Anar




Teqlər:  





Xəbər lenti