“Mətbuat Şurasına 18-ə yaxın şikayət daxil olub”

“Mətbuat Şurasına 18-ə yaxın şikayət daxil olub”
  15 May 2013    Oxunub:1376
“Yəqinki may ayının sonlarında həmin monitorinqlərin nəticəsi ilə bağlı ölkə ictimaiyyətinə və jurnalistlər açıqlama verəcəyik”.
“Təqribən 2 ilə yaxındır ki, Mətbuat Şurasına daxil olan şikayətlər arasında internet portallarından da şikayətlər var”. Bunu AzVision.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, bu şikayətlər getdikcə çoxalır.

“Hazırda Mətbuat Şurasına daxil olan şikayətlərin bir qismi internet portalları ilə bağlıdır. Ötən aylarla müqayisədə bu ay şikayətlər çoxalıb. 2013 cü il ərzində bu günə qədər 18-ə yaxın şikayət daxil olub. Demək olar ki, internet portallarından olan şikayətlər, qəzetlərlə bağlı olan şikayətlərlə eynidir. Bunlar insanlar haqqında yoxlanmadan faktların verilmsəi, balans prinsipinin pozulması, onlar haqqında material yazanda həmin şəxslərin özlərinin fikrinin olmaması, əsasəndə tənqid hədəfi olan şəxslərin fikirlərinin öyrənilməməsi kimi şikayətlər var. İnternet portalları ilə bağlı yaradılan komisiya işləyir. Komissiya 30 yaxın internet portalının monitorinqini keçirir. Yəqinki may ayının sonlarında həmin monitorinqlərin nəticəsi ilə bağlı ölkə ictimaiyyətinə və jurnalistlər açıqlama verəcəyik”.

Ə.Amaşovun sözlərinə görə, onların saytlarla bağlı diqqətini cəlb edən məqam odur ki, “az” domeni ilə olan saytlar məlumdur. Şura sədri bildirib ki, onlara “org” domeni ilə bitən saytlardan şikayətlər daha çox gəlir.

“Əsasən “org” domeni ilə bağlı olan saytlara baxırsız ki, yazlar gedir. Onlarla bağlı müəyyən şikayətlər gəlir, biz onun müəllifini tapa bilmirik. Bu saytlarla bağlı Mətbuat Şurası müəyyən araşdırmalarını aparacaq və hazırda da bu araşdırmalar gedir. Həmin saytlar ölkədə baş verən proseslərlə bağlı mütəmadi olaraq materiallar verir, kimlərsə haqqında tənqidi mülahizələr söyləyir. Ancaq bu saytın müəllifi yoxdur, kim tərəfindən idarə olunduğu məlum deyil. Bu saytlar Mətbuat Şurasını daha çox narahat edən məsələdir”-deyə Ə.Amaşov vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti