Putinin ermənini öldürən azərbaycanlı dostu tutuldu

Putinin ermənini öldürən azərbaycanlı dostu tutuldu
  14 May 2013    Oxunub:1334
Sankt-Peterburqda polis sifarişli qətllərdə şübhəli bilinən cinayətkar qruplaşmanı yaxalayıb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, polis qruplaşmanı restoran biznesinə malik Sarkis Petikyanın qətlindən bir il sonra tutmağa müvəffəq olub.

Tutulanların arasında təkcə icraçı və təşkilatçılar deyil, baş tutmayan qətlin sifarişçiləri - 48 yaşlı İlham Əliyev və 52 yaşlı Əli Şahrzayev olub. Onlarla birlikdə 44 yaşlı vasitəçi Habil Əsədov və qətlin təşkilatçısı 43 yaşlı Xaliq Məhərrəmov tutulub. Saxlanılanların dördü də Sankt-Peterburqda yaşayan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, cinayətin təşkilatçıları arasında iki nəfər Sankt-Peterburq sakini olub. Təhqiqatçılar daha sonra Murad Muradyana sui-qəsd təşkil etməkdə şübhəli bilinən dəstənin üç iştirakçısını saxlayıblar.

Cinayətkarların həbsi qətli planlaşdırılan Muradyanın həyatını xilas edib. Muradyan bir il əvvəl qrupun qara siyahısına düşüb. Restoran biznesinə malik Muradyanın həyatı üçün Əsədov və Məhərrəmova 3 milyon rubl təklif olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti