Yeni polis rəisləri təyin edilib

Yeni polis rəisləri təyin edilib
  17 Fevral 2013    Oxunub:2426
Fevralın 16-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Şirvan və Salyan Polis Şöbələrinə yeni rəislər təyin olunub.
Şirvan Şəhər Polis Şöbəsinə bir neçə gün əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən sərəncama götürülən Şahin Mirzəyev rəis təyin olunub.
Salyan Rayon Polis Şöbəsinə isə bundan sonra Ağstafa RPŞ-nin sabiq rəisi Namiq Həsənov rəhbərlik edəcək. Buna qədər Salyanın polis rəisi nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov idi. O, bu günlərdə daxili işlər naziri R.Usubovun əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.


Teqlər:  





Xəbər lenti