“Belə qərarların qəbulu davam edəcək”

“Belə qərarların qəbulu davam edəcək”
  16 Fevral 2013    Oxunub:1989
“Yenidən kimsə Prezidentin etimadını doğrultmayacaqsa, belə qərarların qəbul edilməsi davam edəcək”.
Bunu Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi hesab edir ki, Prezident İlham Əliyevin fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı tənqidi çıxışından sonra bütün dövlət qulluqçuları, mərkəzi və yerli icra orqanları rəhbərləri nəticə çıxaracaqlar.

"Artıq bu sahədə işlər başlayıb və əlbəttə, vəzifəsinin öhdəsindən gələ bilməyənlər, Prezidentin etimadını itirmiş kadlarla bağlı gördüyünüz kimi qərarlar qəbul olundu. Əgər bundan sonra yenidən kimsə Prezidentin etimadını doğrultmayacaqsa, belə qərarların qəbul edilməsi davam edəcək", - deyə Əli Həsənov bildirib.

Əli Həsənov vurğulayıb ki, bu, bütövlükdə Azərbaycan məmurlarına, dövlət qulluqçularına xəbərdarlıq idi: “Prezident tərəfindən onların qarşısında qoyulmuş əsas vəzifələrin yerinə yetirilməsində onlardan tələb olunan qətiyyətli tələb idi".




Teqlər:  





Xəbər lenti