Bekhem :“O mənim üçün ata idi”

Bekhem :“O mənim üçün ata idi”
  09 May 2013    Oxunub:1733
Hazırda Fransanın “PSG” komandasının futbolçusu olan Devid Bekhem, “Mançester Yunayted”in dahi məşqçisi Ser Aleks Fergüsonun komandadan ayrılmasına münasibətin bildirib.
İngilis futbolçu Devid Bekhem, karyerasını “Mançester Yunayted”in dahi məşqçisi Ser Aleks Fergüson-a borclu olduğunu deyib. Devid Bekhem 26 ildir “Mançester Yunayted”in baş məşqçi vəzifəsini daşıyan Aleks Fergüsonun komandada ayrıldığını bilərək ona öz təşəkkürünü bildirib və karyerasını Fergüsona borclu oluğunu söylədi. AzVision.az xəbər verir ki, bu sözləri tanınmış futbolçu öz rəsmi “facebook” səhifəsində yazıb. Hazırda Fransanın “PSG” komandasında forma geyinən 38 yaşlı futbolçu aşağıdakı sözləri keçmiş məşqçisinə bildirib:

“Ser Aleks Fergüson-a əlaqədar xəbərləri gördüm. Daha əvvəl də dəfələrlə dediyim kimi baş məşqçi yalnız ən yaxşı menecer deyil. Həmdə o 11 yaşımdan komandadan ayrıldığım günə qədər mənim üçün ideal ata obrazı idi. O olmadan karyeram ərzində böyük uğurlara imza atmazdım. Ser ölkə üçün oynamağımın əhəmiyyətli olduğunu anlayırdı və bunun mənim üçün nə qədər əhəmiyyətli olduğunu bilirdi. Vaxtilə ən yaxşı baş məşqçi ilə çalışdığımdan qürur duyuram. Təşəkkürlər Ser, bundan sonrasının kefini çıxar”-deyə oyunçu fikirlərini tamamlayıb.

Xatırladaq ki, “Mançester Yunayted”ə 1993-2003 forma geyinən Bekhem, daha sonra Real Madrid klubuna transfer olmuşdu. Hazırda isə “Pari-Sen-Jermen” (PSG) klubunun futbolçusudur.

AzVision.az


Teqlər:  





Xəbər lenti