Ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəklədi

Ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəklədi
  16 Fevral 2013    Oxunub:1605
Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib.
Məlumata görə, qurultay iştirakçıları bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Müraciətdə qeyd olunur ki, Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə, bölgənin lider dövlətidir. Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır.
"Belə bir şəraitdə Azərbaycana Sizin kimi zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı prinsipal və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir. Ona görə də biz ağsaqqallar ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən ölkə prezidentliyinə namizədliyinizin irəli sürülməsini alqışlayırıq", - müraciətdə qeyd olunur.
Bildirilir ki, Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinmizi dəstəkləyir.
"Əmin ola bilərsiniz ki seçki kampaniyasında fəal iştirak edərək, apardığınız siyasətin əhali arasında təbliğ olunması işinə maksimum töhfə verməyə çalışacağıq", - müraciətdə qeyd olunur.
(trend)



Teqlər:





Xəbər lenti