Təhsil müəssisələrinin müstəqilliyi artırılacaq

Təhsil müəssisələrinin müstəqilliyi artırılacaq
  08 May 2013    Oxunub:1600
Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək

Təhsil Nazirliyi Azərbaycanda məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artırılması və bununla bağlı aparılacaq islahatların nədən ibarət olduğunu açıqlayıb. AzVision.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu islahatlar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq.

“Məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolunun artırılması ilə bağlı islahatlar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq. Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlu tədbirlərlər gerçəkləşdiriləcək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti