ARDNŞ balakənliləri sevindirdi

ARDNŞ balakənliləri sevindirdi
  05 May 2013    Oxunub:1331
Balakən rayonunun Qaysa, Zalban və Arılıqbinə kəndlərinə ilk dəfə olaraq təbii qaz verilməsi münasibətilə mərasim keçirilib.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Mikayıl İsmayılov, Bədəl Bədəlov, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə bildirilib ki, ümumilikdə 840 abonenti olan Qaysa, Zalban və Arılıqbinə kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 79 400 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 840 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti