Mikayıl Cabbarov: “Bütün məzunlara atestat verilməlidir”

Mikayıl Cabbarov: “Bütün məzunlara atestat verilməlidir”
  04 May 2013    Oxunub:3669
“Statistikaya əsasən, 2009-ci dərs ilində sagirdlərin ümumi sayının 22 faizi, 2011-ci ildə 24 faizi, 2011-2012-ci illərdə isə 10.5 faizi atestat almayıb”

AzVision.az xəbər verir ki, bu sözləri “Heydər Əliyev 90” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində təhsil naziri Mikayıl Cabbarov deyib.

Tədbirdə çıxış edən təhsil naziri bildirib ki, hazırda beynəlxalq normalara əsasən 11-ci sinifi bitirən və hər hansı fənndən illik qiyməti “qeyri-kafi” olan şagirdlər ümumtəhsil məktəblərində buraxılış imtahanlarına buraxılmırlar.

“Eyni zamanda imtahana buraxılan şagirdlər hər hansı fəndən “2” qiymət aldığı təqdirdə atestat almaqdan və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd vermək hüququndan məhrum olurlar. Statistikaya əsasən, 2009-ci dərs ilində sagirdlərin ümumi sayının 22 faizi, 2011-ci ildə 24 faizi, 2011-2012-ci illərdə isə 10,5 faizi atestat almayıb. Heç kəsə sirr deyil ki, yekun olaraq iki qiymət alanlara atestatın verilməsi bəzi yerlərdə sui-istifadə hallarına yol açan amillərdəndir. Atestat məzunun biliyinin göstəricisidir. “Təhsil haqqında” Qanunun təhsilli atestatın verilməməsi yekun qiymətlərin "qeyri-kafi" nəticələlərlə bağlı olmadığını göstərir. Hər bir halda atestat olsa belə qanunverciliyə əsasən orta məktəb məzununun tələbə olması, ali təhsil mərkəzlərinə keçirilən qəbul imtahanları keçidlərindən asılıdır. Qeyd olunan məsələsinin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta məktəb təhsil səviyyəsini bitirən bütün məzunlara atestatın verilməsinin tərəfdarıdır”-deyə, nazir əlavə edib.

Anar


Teqlər:  





Xəbər lenti