Şəmkirdə evə silahlı basqın- 1 milyon oğurlandı

Şəmkirdə evə silahlı basqın- 1 milyon oğurlandı
  07 Noyabr 2014    Oxunub:1838
Şəmkir rayonunda evə basqın olub.

AzVision.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, hadisə noyabrın 7-də saat 1 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. Maska taxmış, odlu və soyuq silahlarla silahlanmış 4 nəfər 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun evinə basqın edib. Evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparan silahlılar ev sahibinə, onun həyat yoldaşı, 62 yaşlı Ağgül Səfərovaya, 32 yaşlı oğlu Ruslan Səfərova və 23 yaşlı gəlini Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetiriblər.

Həmçinin evə qonaq gəlmiş Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb. Yaralılardan 4-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Silahlı basqını törədənlərin tapılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



Teqlər:





Xəbər lenti