Maşını ağaca çırpıldı, öldü

Maşını ağaca çırpıldı, öldü
  16 Fevral 2013    Oxunub:2072
Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 389-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Nəticədə, sürücü 1971-ci il təvəllüdlü Abdullayev Xətai Hamlet oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Abdullayevin cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.



Teqlər:  





Xəbər lenti