Ötən il 19 qadın zorlanıb
.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İnsan Hüquqları üzrə 2012-ci il üçün ölkə hesabatlarında öz əksini tapıb.
Hesabatda bildirilir ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən 19 zorlama halı, 12 zorlamaya cəhd, dörd cinsi xarakterli zorakılıq və azyaşlı şəxsə qarşı bir cinsi zorakılıq halı baş verib.
Eyni zamanda hesabatda göstərilir ki, Daxili İşlər Nazirliyi 36 seksual qısnama halının baş verdiyini bildirib.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən il ərzində yetkinlik yaşına çatmamış şəxslərin zorlanması ilə bağlı iki hal, azyaşlılara qarşı bir cinsi zorakılıq halı, 109 yetkinlik yaşına çatmamış şəxslərlə cinsi əlaqədə olma və dörd azyaşlı şəxslə əxlaqsız davranma halları baş verib. Uşaqların cinsi istismar və dilənçilik məqsədilə insan alverinə cəlb edildikləri barədə məlumatlar verilib.
Sevinc İltifaqızı