Ərdoğan Tarkanın mahnısını oxudu - VİDEO

Ərdoğan Tarkanın mahnısını oxudu - VİDEO
  13 Oktyabr 2014    Oxunub:10330
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan III Beynəlxalq Klarnet Festivalında mahnı oxuyub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident festivalın Qala konsertində Aşıq Veysəlin “Uzun ince bir yoldayım” mahnısından bir parçanı səsləndirib.

Prezident mahnını müğənnilər Yavuz Bingöl, Fettah Can, Zara, Yonca Lodi və opera müğənnisi Hakan Aysevlə birlikdə ifa edib.

Qeyd edək ki, “Uzun ince bir yoldayım” türküsünü Türkiyənin bir çox sənətçiləri ilə yanaşı popstar Tarkan da ifa edib. Mahnı onun ifasından sonra daha çox tanınıb.



Fatimə Kərimli


Teqlər:





Xəbər lenti