6 ildə Bakı şagirdlərindən 10 nəfəri 700 bal toplayıb

6 ildə Bakı şagirdlərindən 10 nəfəri 700 bal toplayıb
  30 Aprel 2013    Oxunub:1388
Bakı şəhərində son altı ildə (2006-2012) 600-dən yuxarı bal toplayan şagirdlərin sayı 3533 nəfər olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, son 6 ildə məzunlarımızdan 10 nəfəri ali məktəblərə qəbul imtahanlarında maksimum 700 bal toplayıb. Son altı ildə (2006-2012) 600-dən yuxarı bal toplayan şagirdlərin sayı 3533 nəfər olub. Altı ildə 500-700 arası bal toplayan şagirdlərin sayı isə 13 760 nəfər olub. 2006-2012-ci illər arası 166 610 məzun Bakı məktəblərini bitirib. Bu altı il ərzində onlardan 150 649 nəfər ali məktəblərə sənəd verib.

Bundan başqa BŞTİ-nin fəaliyyəti dövründə qazanılan uğurlardan biri də ilbəil fənn olimpiadalrının respublika turunda qalib gələn paytaxt məktəblilərinin sayının artmasıdır. Əgər 2006-cı ildə 48 şagird olimpiadada respublika turunun qalibi idisə, 2007-ci ildə bu rəqəm 69, 2008-ci ildə 92, 2009-cu ildə isə 105 nəfərə yüksəlib. 105 qalibdən 2-si isə birinciliyə imza atıb. 2010-cu ildə də Respublika fənn olimpiadasının nəticələrinə görə, 103 şagird qalib yeri qazanıb. Birinci yeri tutan şagirdlərimizin sayı isə 4 nəfərə çatıb. 2011-ci ildə 108, 2012-ci ildə iə 92 nəfər fənn olimpiadasının respublika mərhələsində qalibiyyət əldə edib. 2 şagird birincilik əldə edib.

Cari tədris ilinin nəticələri özlüyündə Bakı təhsilinin inkişaf dinamikasını açıq-aydın göstərir. 2013-cü ilin nəticələrinə görə, ötən illə müqayisədə qaliblərin sayı 10 nəfər artaraq 102-yə çatıb. Birincilik əldə edən şagirdlərin sayı isə 5 olub.

Anar




Teqlər:





Xəbər lenti