Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin təşkilatı müzakirə etdilər

Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin təşkilatı müzakirə etdilər
  30 Aprel 2013    Oxunub:1369
Ölkə başçısı Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı göstərir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədi ilə ölkədə ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı üzrə milli məsləhətləşmələr aparır.

Bu məqsədlə bu gün Bakıda müxtəlif maraqlı tərəflərin, o cümlədən Hökumət, donorlar, beynəlxalq inkişaf partnyorları, universitet, tədqiqatçılar, özəl sektor və GHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

AzVision.az xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini cənab Bəhram Əliyev bildirib ki, Azərbaycan 2015-ci ildə yekunlaşacaq “Minilliyin inkişaf məqsədləri” planından sonrakı Davamlı İnkişaf Məqsədləri üçün milli dialoqun aparıldığı 100 ölkəyə qoşulub.

Müzakirələr milli davamlı inkişafın planlaşdırılması və 2015-ci ildən sonra gələn müddət üçün İnkişaf Məqsədləri üzrə qlobal müəyyənləşdirilməsinə Azərbaycanın mövqeyinin formalaşdırılmasına öz töhfəsini vermək və təsir etməyə kömək edəcək.

Azərbaycan Hökuməti minnilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalmış, Azərbaycanda son beş ildə indiyə qədər görünməmiş iqtisadi artım müşahidə olunmuş, minilliyin ilk məqsədi olan yoxsulluğun yarıya qədər azaldılması sahəsində ölkədə atılmış ciddi addımlar nəticəsində yoxsullq səviyyəsi 49%-dən 7%-ə qədər azalmış, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilməsi nəticəsində Azərbaycanda bir milyondan artıq yeni iş yeri açılıb ki, bu iş yerlərinin mütləq əksəriyyəti aqrar sektorda yaranıbdır.

O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir və bu səbəbdən ölkə başçısı bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərir.

Nazir müavini ölkədə kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə edilməsində bir sıra beynəlxalq təşkilatların və maliyyə qurumlarının, xüsusilə də FAO ilə yaradılmış sıx əlaqələri diqqətə çatdırıb, FAO tərəfindən Azərbaycana verilən dəstəyin kənd təsərrüfatı sahəsində islahatların aparılması üçün çox vacib olduğunu vurğulayıb.

O, kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsində, ölkə əhalisinin keyfiyyətli və təhlükəsizlik qida məhsulları ilə təmin edilməsində və regionların inkişaf etdriliıməsində həll olunmamış məsələlər, problemlərin olduğunu, bu baxımdan milli səviyyədə kənd təsərrüfatında davamlı istehsalın dəstəklənməsinə investisiya qoyuluşunun, bitki və heyvandarlıq məhsullarının artırılması istiqamətində yeni texnologiyaların tətbiqinə, kənd təsərrüfatı sahəsində elmin inkişaf etdirilməsinə, baş verə biləcək ərzaq böhranlarının aradan qaldırılmasına cavab verəcək mexanizmlərin işlənib hazırlanmasına ehtiyac olduğunu vurğulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek demişdir ki, aparılan müşavirələr davamlı inkişafın planlaşdırılmasına imkan yaratmaqla yanaşı, 2015-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş qlobal İnkişaf Proqramının müəyyənləşdirilməsi prosesində Azərbaycanın mövqeyinin formalaşmasına yardım edəcəkdir.

O, müstəqillik qazandığı 20 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyyətlər, əsas sosial-iqtisadi göstəricilərdə əsaslı dönüşlərin olmasına gətirib çıxaran son illərdə ölkədə baş verən sürətli iqtisadi inkişaf, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq yolunda Azərbaycanın əldə etdiyi tərəqqidən danışıb.

Müzakirələrin yekunu olaraq ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı məsələləri üzrə əldə edilmiş nailiyyətlər, qarşıya çıxan maneələr və mövcud problemlərin aradan qaldırılması üzrə bir sıra tövsiyələr irəli sürülüb.

Sözügedən tövsiyələr BMT Baş Məclisinin bu ilin sentyabr ayında keçiriləcək 68-ci sessiyasında BMT Baş katibinin təqdim edəcəyi hesabata daxil ediləcək.


Teqlər:  





Xəbər lenti