Arda Turandan İlham Əliyevə hədiyyə

Qeyd edək ki, İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko de Madrid" aprelin 30-da "Bakı" futbol klubunun "Ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.