Araz Abdullayev milliyə qayıtdı

Araz Abdullayev milliyə qayıtdı
  26 Aprel 2013    Oxunub:4297
Futbolçu Lüksemburqla seçmə oyunda iştirak edəcək.
“Neftçi”nin futbolçusu Araz Abdullayev yenidən Azərbaycan milli komandasına çağırılır. Bu barədə məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Berti Foqts verib.

O, müsahibəsində bildirib ki, 21 yaşlı yarımmüdafiəçi millimizin qarşıdakı oyununa dəvət alacaq: “Arazla görüşüb söhbət etdik. Əvvəl olanları unutmaq lazımdır. Futbolçu səhvini başa düşür. Mən Arazı da yaxşı anlayıram. Son vaxtlar onun üçün asan keçmir. Abdullayevə dəstək olmalıyıq. Araz görməlidir ki, tək deyil. Onu Lüksemburqla dünya çempionatının iyunun 7-də keçiriləcək seçmə oyununa çağıracağam”.

Qeyd edək ki, Abdullayev millinin toplanışlarından birində komandanın avtobusuna gecikdiyi üçün növbəti hazırlıqlara dəvət almırdı.



Teqlər:  





Xəbər lenti