Deputat açıq-saçıq geyinən müğənnilərdən danışdı

Deputat açıq-saçıq geyinən müğənnilərdən danışdı
  24 Aprel 2013    Oxunub:1511
«Bu cür açıq-saçıq, şit geyinilməsi də düzgün deyil».
«Azərbaycanda müğənnilərin açıq-saçıq geyməsini dəfələrlə müzakirə etmişik». AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmçilsçisi Seyid Həsən Amili Azərbaycanın xanım müğənniləri təhqir etməsinə münasibətində deyib. Milli Məclisin üzvü bildirib ki, məsələyə bu şəkildə yanaşmaq olmaz.

«Buna hər hansı bir xüsusi qanunlar tərəfindən yanaşmaq olmaz. Ümummilli tərbiyəvi baxımdan bu hədlər qorunmalıdır. Sənətkarlıq səviyysində bu məsələyə yanaşmaq lazımdır. Ancaq müğənnilərin hicabla oxumasını da tələb etmək olmaz. Böyük sənətkarlıqdan irəli gələn geyim formaları var. Muğam ifaçılarının öz geyimləri, estrada ifaçılarının ayrı geyimləri var. Dünyada necə müxtəlif geyirlərsə, bizdə də elədir. Amma buna olmaz kimi yanaşmaqda çətindir. Bu cür açıq-saçıq, şit geyinilməsi də düzgün deyil. Onların açıq-saçıq geyməsi, elə o cürdə danışması düzgün deyil. Bunu dəfələrlə müzakirə etmişik».

Millət vəkili müğənnilərin efirdə qadağaları ilə bağlı bildirib ki, dünyada bu cür hallar var və bu televiziyaların xarakteri ilə bağlıdır.

«Dövlət televiziyası, ictimai televiziya, ciddi proqramları verən televiziyalardı. Onların proqram siyasəti ilə bağlı hər müğənniyə də icazə verilmir. Şou xarakterli verilişlərdə qadağa nisbətən yumşaqdı. Bu verilişlər nə qədər şou, əyləncəli olsa belə, orada müğənnilərin soyunub çıxması da düzgün deyil».

Tarixi şəxsiyyətlərin qorunması” haqqında qanun layihəsinin hazırlanması ilə bağlı N.Cəfərov bildirib ki, son zamanlar Səməd Vurğuna və başqalarına qarşı ittihamlar irəli sürülür. Millət vəkili, Bunun cəmiyyətdə yaxşı qarşılanmadığını və ictimai qınağın özünü göstərdiyini deyib.

« Tarixi şəxsiyyətlərin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər. Çünki mülki məcəllədə bir bənd varki, bir insan digərini təhqir edirsə, həmin şəxs məhkəməyə müraciət edir və bunun həlli tapılır. Bunu Nizamiyə, Füzuliyə, Səməd Vurğuna və digər həyatdan köçmüş tarixi şəxsiyyətlərə deyə bilmərik. Səməd Vurğun kimi böyük şəxsiyyəti niyə məhz oğlu müdafiəsinə qalxmalıdır. Düzdür həmin şəxs ictimai qınağ obyekti olur, amma təhqirə təhqirlə cavab verilməsi də düzgün deyil. Buna hüquqi müstəvidə yanaşmaq lazımdır. Əgər hüquqi əsas yoxdursa, o zaman yeni qanun layihəsi hazırlanıb, qəbul olunmalıdır. Bunu etməyə məcburuq. Son zamanlar baş verən hadislər buna gətirib çıxarır. Əgər bunlar baş verməsəydi, heç biz belə qanun layihəsini çıxarmazdıq».

Cərimələrin necə tətbiq olunacağına gəlincə, N.Cəfərov hüquqi mexanizmin necə olmacağının müzakirə olunmalı olduğunu deyib. Millə Məclisin üzvü indi danı.şmağın bir qədər tez olduğunu bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti