Yeni elektron xidmətlər portalı istifadəyə verildi

Yeni elektron xidmətlər portalı istifadəyə verildi
  24 Aprel 2013    Oxunub:1348
Elektron xidmətlər portalının ictimai təqdimatı keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yeni elektron portalı ictimaiyyətə təqdim olunub. Təqdimatda bildirilib ki, elektron xidmətlər portalı (www.e-emdk.gov.az) vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaratmaq məqsədi daşıyır.

Həmçinin, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda, yığcam və çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır. Portalda informativ və interaktiv tipli elektron xidmətlər təşkil olunub.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının icrası ilə əlaqədar komitənin elektron xidmətləri fəaliyyətə başlayıb. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı, əmlaklar barədə arayışların alınması, müsadirə edilmiş əmlakların satışı üzrə elektron xidmətlər, əmlak barədə xüsusi hesabatların təqdim edilməsi, habelə 9 yeni elektron xidmətlər vətəndaşların istifadəsinə verilib.

Elektron xidmətlərin tətbiqi nəticəsində əmlakın qeydiyyat müddətləri əsaslı şəkildə azaldılıb. Vətəndaşlar təkrar qeydiyyatla bağlı sənədləri 7 gün, əmlak barədə arayışları isə 1-5 gün ərzində əldə etmək imkanı qazanıb. Artıq bu xidmətlər vasitəsilə 3 min 500-dən çox müraciət daxil olub, portal vasitəsilə elektron xidmətlərdən sərbəst istifadə olunub.


Teqlər:





Xəbər lenti