Pan Gi Mun İsraili tənqid etdi

Pan Gi Mun İsraili tənqid etdi
  07 Avqust 2014    Oxunub:1520
İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 1800-dən çox fələstinli həlak olub.
Bu barədə BMT Baş katibi Pan Qi Mun Baş Assambleyanın Fələstindəki vəziyyətə həsr edilmiş qeyri-formal iclasında deyib.

"1800-dən çox fələstinli öldürülüb. Onların əksəriyyətini mülki vətəndaşlar, o cümlədən qadın və uşaqlar təşkil edir. İsrail isə 3 dinc sakin və 6 hərbçisini itirib”, deyə Pan Qi Mun bildirib.

Baş katib qeyd edib ki, İsrail vətəndaşlarını müdafiə etmək üçün "qanuni hüququ" anlayır.

Bununla belə, Pan Qi Mun Qəzzada BMT obyektlərində sığınacaq tapan fələstinlilərin atəşə tutulmasını “qəbuledilməz və yersiz" adlandırıb.(apa)


Teqlər:





Xəbər lenti