Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb

 Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb
  07 Aprel 2025    Oxunub:459
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının şpaqa növünə start verilib.
Nova Varoş şəhərində təşkil olunan yarışların ilk günündə Azərbaycan təmsilçiləri Aydan Atakişiyeva, Mirunay Abasova və Esnat Mirzəyeva mübarizəyə qoşulublar.

A.Atakişiyeva 1/8 finalda, E. Mirzəyeva isə 1/4 finalda məğlub olublar.

Mirunay Abasova isə finala kimi irəliləyib. O, həlledici raundda çinli idmançıya 15:11 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Gimnaziadaya aprelin 12-də yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti