Ağır yol qəzası: ölənlər var

  21 Aprel 2013    Oxunub : 520
Ağır yol qəzası: ölənlər var
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Bu gün gecə saatlarında Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

1984-cü il təvəllüdlü Xaçmaz rayonu Yergüc kənd sakini Həmidov Dəyanət Nüsrəddin oğlunun idarə etdiyi "Vaz 2109" markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişin 1985-ci il təvəllüdlü Xudat şəhər sakini Lednejova Pərvanə Tehran qızı hadisə yerində dünyasını dəyişib.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.(trend)

Teqlər: