AK-nin sədrinə qarşı min nəfər iddiaçı var

   AK-nin sədrinə qarşı min nəfər iddiaçı var
  08 Dekabr 2024    Oxunub:885
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə qarşı dəyəri 35 milyard avrodan çox sınaqdan keçirilməmiş COVID-19 peyvəndlərinin alınmasında korrupsiya ittihamı ilə məhkəmə prosesinin iştirakçılarının sayı min nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə sözügedən iddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldan Lyej şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

“İttihamlarla fon der Lyayenə qarşı çıxan iddia iştirakçılarının sayı artıq min nəfərə çatıb. Buraya Macarıstan və Polşa hökumətləri, ictimai təşkilatlar, o cümlədən həkimlərin və stüardessaların peşəkar birlikləri, habelə “Pfizer” peyvəndinin yan təsirləri nəticəsində yaxınları vəfat etmiş şəxslər daxildir”, - Frederik Baldan deyib.

Demokratiya iddiası
Prosesin təşəbbüskarı bu iddianın təkcə korrupsiya ilə yox, həm də sınaqdan keçirilməmiş peyvəndin istifadəsinin təhlükələri haqqında ictimaiyyətdən məlumatın qəsdən gizlədilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

- Biz AK-nin ilkin olaraq (müqavilələr bağlayarkən) Avropa vətəndaşlarının hüquqlarını qəsdən pozduğuna dair sübutlarla məşğul oluruq. Bu, demokratiya ilə bağlı məhkəmədir”, - belçikalı fəal bildirib.

O, fon der Lyayenin şirkətin rəhbəri Albert Burla SMS yazışmaları vasitəsilə razılaşdığı “Pfizer” ilə müqavilənin nəinki hələ dərc olunmadığını, hətta Avropa Parlamentinin (AP) müvafiq üzvlərinin də ona çıxış ala bilmədiyini vurğulayıb.

“Bunun nə üçün məxfi olduğunu hələ də bilmirik. Bu müqavilənin problemi ondan ibarətdir ki, o, dərc olunsa, vətəndaş iğtişaşlarını alovalndıracaq. Aydınlaşacaq ki, Avropa hakimiyyəti təhlükəsiz və effektiv hesab edilən, əslində isə bunların heç biri olmayan məhsulu Avropa bazarına çıxarmaqla ictimaiyyəti aldadıb. İnsanlar yan təsirlərdən öldü, lakin dərman xəstəliyin yayılmasının qarşısını ala bilmədi”, - Baldan qeyd edib.

Avropa İttifaqının (Aİ) cibindəki prokurorluq
Belçikalı təşəbbüskar bildirib ki, sözdə Aİ prokurorluğu adlandırılan qurum dekabrın 6-da bu proseslə bağlı Lyej məhkəməsindəki dinləməni əslində pozaraq, Lyayenin təqibdən toxunulmazlığa malik olduğu iddiası ilə başqa bir məhkəməyə müraciət edib. Nəticədə, yanvarın 6-da keçiriləcək ayrıca iclasda toxunulmazlıq məsələsi həll olunana qədər dinləmə təxirə salınıb.

“Aİ-nin prokurorluğu adlanan qurum, əvvəla, prokurorluq deyil, ikincisi, bu işdə heç bir səlahiyyəti yoxdur. Hələlik bu, sadəcə olaraq, AK-nin rəhbərinin təşəbbüsü ilə yaradılan və onun maraqlarına uyğun fəaliyyət göstərən, vəzifələrinə Aİ büdcəsindən sui-istifadə hallarını araşdırılması daxil olan Aİ agentliyidir. Məhz buna görə də sözügedən araşdırma bu strukturun səlahiyyətində olmamalıdır: COVID-19 vaksinləri Aİ büdcəsindən deyil, Aİ-yə dövlətlərinin puluna alınıb”, - Baldan problemin yaranmasında AK-nin mötəkirlik mexanizminə əl atdığını açıqlayıb.

Korrupsiyaya görə toxunulmazlıq
Belçikalı lobbiçi qeyd edib ki, prokurorluğun nöqteyi-nəzərindən Ursula fon der Lyayen “korrupsiya təhqiqatı ilə bağlı heç bir toxunulmazlığa malik ola bilməz”. Çünki avropalı məmurların toxunulmazlığı məhduddur və bu yalnız onların bilavasitə vəzifələrinə şamil edilir, halbuki indiki halda bu, həmin hüdudları xeyli aşıb.

Baldanın vəkili Dian Prota, öz növbəsində, bildirib ki, əgər məhkəmə Aİ prokurorluğunun fon der Lyayenin bu işdə toxunulmazlığa malik olduğu mövqeyini bölüşsə, iddiaçılar məhkəməyə müraciətlə onu bu toxunulmazlıqdan məhrum etməya çalışacaqlar.

- Bu heç də ilk presedent deyil - korrupsiya işinə görə 1999-cu ildə Jak Santerin komissiyası bütövlükdə istefa verdi”, - vəkil xatırladıb.

Yeri gəlmişkən, Frederik Baldan mətbuat konfransında AK-nin bütün Aİ adından peyvənd alması ilə bağlı “UrsulaQeyt” adlı kitabını da təqdim edib.

İrlandiyalı jurnalist Ursula fon der Lyayeni korrupsioner adlandırıb
Qeyd edək ki, AK-nin sədri Ursula fon der Lyayenə qarşı mülki iddia bu il may ayının 17-də Lyej məhkəməsinə verilib. Korrupsiya ittihamlarına baxmayaraq, Aİ liderləri 2024-cü ilin iyununda Brüsseldə keçirilən sammitdə fon der Lyayenin tuttuğu vəzifədə mandatını növbəti 5 il müddətinə uzadıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lyayen   korrupsiya  





Xəbər lenti