Təhrir-Əl-Şam: "Hədəfimiz Əsədi devirməkdir"

      Təhrir-Əl-Şam:    "Hədəfimiz Əsədi devirməkdir"
  06 Dekabr 2024    Oxunub:1064
"Hücumlarımızın məqsədi Suriyada Bəşər Əsəd hökumətini aradan qaldırmaqdır".
Bu sözləri "Agence France-Presse" (AFP) xəbər agentliyinə açıqlamasında Suriyanın "Təhrir-Əl-Şam" terror təşkilatının rəhbəri Əbu Məhəmməd Əl-Cövlani bildirib. O vurğulayıb ki, "sözügedən hədəfə çatmaq naminə bütün mümkün vasitələrdən yararlanılacaq".

Digər tərəfdən, təşkilatının komandirlərindən biri Həsən Əbdülqani öz "Telegram" kanalında "müxalif qüvvələrin Suriyanın şərqindəki Hüms şəhərinə üz tutduqlarını" diqqətə çatdırıb.

Xatırladaq ki, noyabrın 27-dən etibarən Suriya Qurtuluş Hökumətinin rəhbərliyindəki müxalif qüvvələr Bəşəd Əsəd hökumətinə qarşı hücuma başlayıblar. Üsyançılar indiyədək paytaxt Hələbi və strateji əhəmiyyətə malik Həma şəhərini ələ keçiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   vətəndaş-müharibəsi  





Xəbər lenti