Zurabişvili Gürcüstan üçün “çıxış yolu” tapıb

   Zurabişvili Gürcüstan üçün    “çıxış yolu”    tapıb
  06 Dekabr 2024    Oxunub:1006
Gürcüstanın baş naziri İrakli Kobaxidze “böhranı həll edə bilmədiyi” üçün istefa verməlidir.
AzVision.az xəbər verir ki, hökumətə müxalif mövqedə dayanan və hətta məktəbliləri də etiraz aksiyalarına qoşulmağa çağıran Gürcüstan prezidenti Salome Zurabişvili belə iddia ilə çıxış edib.

“Böhranı həll edə bilməyən baş nazir dəyişdirilməlidir və o, istefa verən kimi mən iki həftədən sonra seçki təyin etməliyəm. Bu kompromisdir, bu depolarizasiyadır. Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, sarsılmaz, azad və demokratik gələcək deməkdir”, - Zurabişvili Gürcüstan televiziyasının Birinci kanalına müsahibəsində deyib.

Onun iddiasına görə, Saakaşvili dövründəkindən də pis olan “Gürcü arzusu” partiyasının birci arzuysu var - onların yeganə rəqibi həmişə Mişa olsun. Məhz buna görə də, bu günə qədər gəlib çatan səslər o dövrü xatırlayan insanlara aiddir. Onlar hər şeyi təkrarlayaraq, Saakaşvili dövründə olmayan yeganə şeyi - avtoritarizmə, birpartiyalı sistemə, seçki saxtakarlığına, insan haqlarının pozulmasına, Rusiyanı əlavə etdilər.

Gürcüstan prezidenti hakim partiyanın Avropa İttifaqı ilə üzvlük danışıqlarını təkbaşına dayandırmaq barədə qərar qəbul etmək hüququ olmadığını vurğulayıb.

- Demək olar ki, bütün ölkə, prezidentdən başqa bütün qurumlar bir partiyanın əlindədir. Bu partiyanın hökuməti və baş naziri ölkənin kursunu dəyişmək, Gürcüstanın son vaxtlar sürətlənən və əvvəlki illərdəkindən daha ümidverici hərəkətini dayandırmaq qərarına gəliblər. Lakin heç kimin bunu etməyə mandatı yoxdur”, - Salome Zurabişvili deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Zurabişvili   hökumət   istefa  





Xəbər lenti