ABŞ Rusiya ilə potensial nüvə müharibəsinə münasibət bildirib
“Qeyri-nüvə və nüvə silahları haqqında danışarkən, əlbəttə ki, zərbələr mübadiləsi etmək istəməzdik, elə deyilmi? Düşünürəm hər kəs razılaşar ki, əgər mübadilə etməli olsaq, bunu ABŞ üçün ən məqbul olan şərtlərlə etmək istəyirik”, - Byukenen Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışı zamanı nüvə silahının istifadəsi ehtimalını şərh edərkən bildirib.
Strateji Komandanlığın sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlar nüvə mübadiləsinin ardınca yarnacaq mühidə düşmək istəməzdi. Byukenin sözlərinə görə, o, ABŞ-nin “dünya liderliyini davam etməsi” şərtlərini ən məqbul şərtlər hesab edir ki, bu da strateji silah ehtiyatını saxlamaq deməkdir.
“Bizim ehtiyat gücümüz olmalıdır, siz bütün qələbə qazanmaq üçün bütün resurslarınızı sərf etməyəcəksiniz, elə deyilmi? Çünku o zaman qarşı tərəfi çəkindirmək üçün heç nəyiniz qalmayacaq”, - kontr-admiral vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Rusiya nüvəmüharibəsi