"Azercell" "Litres" və "Busuu" tətbiqlərindən pulsuz istifadə imkanı təqdim edir

"Azercell" "Litres" və "Busuu" tətbiqlərindən pulsuz istifadə imkanı təqdim edir
  11 Sentyabr 2024    Oxunub:1442
“Azercell Telekom” MMC yeni tədris ili ərəfəsində mütaliə və xarici dillərə marağı olan abunəçilər üçün “Məktəbə qayıdış” kampaniyasını elan edir.
10.09.2024-cü il tarixindən etibarən “Litres” elektron kitabxanası və “Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan Azercell abunəçiləri 30 gün müddətində hər iki proqramdan pulsuz istifadə imkanı əldə edəcək. Kampaniya 30 sentyabr tarixinədək keçərlidir.

Xatırladaq ki, “Litres” böyük nəşriyyatlarla rəsmi əməkdaşlıq çərçivəsində unikal və zəngin çeşid təqdim edən rəqəmsal kitab platformasıdır. Bu tətbiq vasitəsilə məkanda və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Tətbiqə türk, ingilis, rus, alman, fransız və digər dillərdə 200000 e-, 50000 audiokitab daxildir. Qeyd edək ki, “Litres” Azərbaycan dilində 2700-dən çox müxtəlif mövzularda və janrlarda kitabları istifadəçilərə əlçatan edir. Elektron kitabxananın təqdim etdiyi geniş imkanlardan faydalanmaq istəyənlər *301#YES kodunu
yığaraq “Standart” e-kitab tarifinə qoşula bilərlər.

Dünyanın top 10 dil öyrənmə platformaları sırasında olan “Busuu” proqramı vasitəsilə isə real vaxt rejimində xarici dillərə yiyələnmək mümkündür. Azercell-in “Busuu+Premium” abunəliyi ilə istifadəçilər “Tədris Planı”, “Biznes və Səyahət” kursları,
“Söz ehtiyatı” məşqləri və “Video dərslərdən” yararlana bilərlər. Abunə olmaq üçün *969#YES kodunu yığmaq kifayətdir.
Kampaniya barədə ətraflı məlumat üçün Məktəbə qayıdış səhifəsinə keçid etməyiniz xahiş olunur.

Qeyd edək ki, hər iki xidmətə Azercell-in rəsmi saytı, “Azercell” tətbiqi və ya sms ilə də qoşulmaq olar.

“Azercell Telekom” MMC bütün məktəbliləri yeni tədris ili münasibətilə təbrik edir, onlara zehin açıqlığı və bol müvəffəqiyyətlər arzulayır!

AzVision.az


Teqlər: Azərcell  





Xəbər lenti