Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub

Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
  05 Sentyabr 2024    Oxunub:1156
Avqustun 23-dən 28-dək Rusiya Federasiyasının Yaradıcı Sənayelər Agentliyi tərəfindən Moskva Kino Həftəsi təşkil edilib.
Tədbirin iştirakçı ölkələri arasında ABŞ, Türkiyə, Hindistan, Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, BƏƏ və digər ölkələr yer alıblar. Qeyd edək ki, bu layihə beynəlxalq peşəkar kino ictimaiyyəti ilə Rusiya kino sənayesinin liderləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün əlverişli platforma rolunu oynayır.



Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini Moskva Kino Həftəsində təmsil edən Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov tədbir çərçivəsində “Yaradıcı iqtisadiyyat” mövzusunda keçirilən panel müzakirələrə qatılıb, çıxışında Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin (MYS) qrantlar və təhsil proqramları vasitəsilə strateji olaraq inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Bildirib ki, qrant və təhsil proqramları, gənc startapçılara dəstək göstərən Yaradıcı Mərkəzin fəaliyyəti, ölkənin MYS sektorunu gücləndirmək və qlobal səviyyədə mövqeyini yüksəltmək öhdəliyini daşıyır. R.Əzizov həmçinin tədbir çərçivəsində müxtəlif ölkələrin yaradıcı sənaye nümayəndələri ilə görüşlər keçirib.



İlk dəfə keçirilən Moskva Kino Həftəsi çərçivəsində iştirakçılar yaradıcı sənaye sahəsi üzrə müxtəlif ölkələrin aparıcı layihələri ilə tanış olmaq imkanı da əldə ediblər. Tədbirdə 25 ölkədən beynəlxalq kino komissiyalarının nümayəndələri, kino sənayesinin rəhbər şəxsləri və ekspertləri iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti