Tünzalə Ağayeva “Shokki Mokki” fabrikində - FOTOLAR

Tünzalə Ağayeva “Shokki Mokki” fabrikində -    FOTOLAR
  02 Sentyabr 2024    Oxunub:1800
Xalq artısti Tünzalə Ağayeva və aparıcı Firuzə Cəlilova uşaqların sevərək istehlak etdikləri “Shokki Mokki” şokolad məhsullarının istehsal olunduğu fabrikə baş çəkiblər.
İstehsal prosesi ilə yaxından tanış olan qonaqlara məhsulların hazırlanmasında keyfiyyətli fındıq, kakao tozundan və süddən istifadə olunduğu bildirilib. Həmçinin məhsulların saxlanma şəraiti ilə bağlı da məlumat verilib. Daha sonra xalq artisti fabrikdə çalışan xanımlarla həmsöhbət olub, onlara məhsulların hazırlanması ilə bağlı bəzi suallar verib.

Onu da qeyd edək ki, xalq artisti Tünzalə Ağayeva “Shokki Mokki” markasının dəstəyi ilə həyata keçirilən “Məktəbim” layihəsinin fəxri səfiridir. İki ildir davam edən bu layihə Bakıda və bölgələrdə yaşayan uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında əvəzsiz rol oynayan ən böyük korporativ sosial məsuliyyət layihələrindəndir. “Məktəbim” layihəsi sadəcə uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında deyil, eyni zamanda xanımların da məşğulluğunun artmasında vəsilə olub. Bu işdə də xalq artisti Tünzalə Ağayevanın rolu böyükdür. Xalq artisti layihənin bütün tədbirlərində iştirak edərək xanımlarla görüşür, onları sahibkarlıq fəaliyyətinə başlaması üçün motivasiya edir.

Xüsusi vurğulamaq lazımdır ki, “Məktəbim” layihəsi çəvçivəsində 70-dən çox xanımın və 1000-dən çox uşağın həyatına müsbət toxunuşlar olub və bu proses davam edir.

Siz də marketlərdən “Shokki Mokki” məhsullarını əldə etməklə layihəyə dəstək ola bilərsiniz.

AzVision.az

Qalereya




Teqlər: Shokki-Mokki  





Xəbər lenti