İlham Əliyevdən Pakistan mediasına təklif: "Birgə qrup yarada bilərik"

  İlham Əliyevdən Pakistan mediasına təklif:  "Birgə qrup yarada bilərik"
  20 İyul 2024    Oxunub:1340
"Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etmişik. Buna görə bir daha minnətdarlığımızı bildirirəm".
Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

“Səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Hesab edirəm ki, biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti