Mbappe futbol klubu alır

Mbappe futbol klubu alır
  12 İyul 2024    Oxunub:1319
"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe futbol klubu almağa hazırlaşır.
AzVision.az xəbər verir ki, ulduz futbolçu yeni mövsümdə Fransanın II liqasında çıxış edəcək "Kan" klubuna sərmayə qoymaq niyyətindədir.

K.Mbappe və ailəsi əlavə gəlir əldə etmək üçün "Kan" klubuna sərmayə qoymağı hədəfləyib.

Qeyd edək ki, Madrid klubu iyulun 16-da yeni transfer etdiyi 25 yaşlı hücumçunun təqdimat mərasimini keçirəcək.

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti