AVRO-2024: Bu gün daha dörd oyun keçiriləcək

   AVRO-2024:    Bu gün daha dörd oyun keçiriləcək
  25 İyun 2024    Oxunub:1063
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.
Bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq.

Paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var. Qrupun digər komandaları Fransa və Polşa isə Dortmund şəhərində qarşılşacaqlar. Fransa millisi 4 xala malikdirsə, Polşanın xalı yoxdur.

Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.


25 iyun

AVRO-2024

D qrupu, III tur


20:00. Niderland - Avstriya


Baş hakim: İvan Krujlyak (Slovakiya).

Berlin Olimpiya Stadionu.

20:00. Fransa - Polşa

Baş hakim: Marko Quida (İtaliya).

Dortmund, "Siqnal İduna Park".

C qrupunda İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək. Qrup lideri İngiltərə 4, Sloveniya komandası isə 2 xala malikdir. Qrupun digər matçı Münhendə baş tutacaq. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

C qrupu, III tur


23:00. İngiltərə - Sloveniya


Baş hakim: Klement Turpin (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.

23:00. Danimarka - Serbiya

Baş hakim: Fransua Leteksye (Fransa).

Münhen, "Alyans Arena".

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
AzVision.az





Teqlər:





Xəbər lenti