Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək

   Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək
  20 İyun 2024    Oxunub:1021
İyulun 21-də futbol üzrə Amerika Kuboku (Copa Amerika) start götürəcək
AzVision.az xəbər verir ki, turnir Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyalarının (CONCACAF) birgə təşkilatçılığı ilə keçiriləcək.

48-ci dəfə təşkil olunan Amerika Kubokunda 16 komanda 4 qrupda mübarizə aparacaq. Açılış matçında son çempion Argentina Kanadanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə gecə saat 04:00-da başlayacaq.

Qrupların tərkibi

A qrupu: Argentina, Kanada, Peru, Çili

B qrupu: Venesuela, Yamayka, Ekvador, Meksika

C qrupu: Uruqvay, ABŞ, Panama, Boliviya

D qrupu: Braziliya, Paraqvay, Kolumbiya, Kosta Rika

Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi edəcəyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti