Siyarto: Macarıstan Azərbaycanın layihələrini dəstəkləyəcək

     Siyarto:    Macarıstan Azərbaycanın layihələrini dəstəkləyəcək
  05 İyun 2024    Oxunub:908
Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın Avropaya təbii qaz ixracının həcmi artacaq.
Bu sözləri Bakı Enerji Forumunda çıxışı zamanı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. O bildirib ki, Macarıstanın təbii qaza illik tələbatı 9-10 milyard kubmetrdir.

“Macarıstan yalnız 1,5 milyard qaz istehsal edir ki, bu da çox azdır. Ona görə də Macarıstan yaxın tərəfdaşı Azərbaycandan təbii qaz idxal edir. Azərbaycan qazının ixracının həcminin artırılması üçün Cənub Qaz Dəhlizi genişləndirib və yeni interkonnektorlar istismara verilib. Lakin bu proses davam etməlidir. Azərbaycan Avropaya yaşıl enerji də ixrac etmək niyyətindədir. Macarıstan Azərbaycanın qlobal xarakter daşıyan layihələrini dəstəkləyəcək”, - deyə macar nazir vurğulayıb.

Nazir nəzərə çatdırıb ki, Rusiya ilə Ukrayna arasında davam edən hərbi münaqişə Avropada enerji böhranı yaradıb: “Avropa dövlətləri enerji təhlükəsizliyini təmin etmək, qaz idxalını şaxələndirmək istəyirlər və Azərbaycan təbii qazına ehtiyac yaranıb. Bunun üçün Trans-Adriatik Boru Kəmərinin (TAP) genişlənməsinə sərmayə yatırmalıdırlar”, - deyə Peter Siyarto qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti