İlham Əliyev Almaniyada səfərdədir

   İlham Əliyev Almaniyada səfərdədir
  25 Aprel 2024    Oxunub:733
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.
AzVision.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

AzVision.az


Teqlər: Azərbaycan   Almaniya   prezident   səfər  





Xəbər lenti