Ərdoğan Almaniyadan şikayətləndi: Təyyarə almağa mane olurlar

   Ərdoğan Almaniyadan şikayətləndi:    Təyyarə almağa mane olurlar
  25 Aprel 2024    Oxunub:623
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanı Türkiyəyə qarşı müdafiə sənayesindəki məhdudiyyətləri aradan qaldırmağa və birgə layihələrə başlamağa çağırıb.
Çərşənbə günü paytaxt Ankarada prezident kompleksində almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında danışan Ərdoğan Almaniyanın Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmalı olduğunu deyib.

O bildirib ki, Türkiyə Suriyada PKK-ya qarşı antiterror əməliyyatına başladıqdan sonra Almaniya Türkiyəyə hərbi ixracatını kəskin şəkildə azaldıb. Ərdoğan həmçinin Almaniyanın Türkiyənin Eurofighter təyyarələri almasına mane olmasından şikayətlənib.

Prezident terror qruplaşmalarının Avropadakı fəaliyyətindən narahat olduğunu bildirib və Almaniyadan terrorla mübarizədə daha böyük səylər gözlədiyini deyib.

Türkiyə liderinin sözlərinə görə, hər iki ölkə birgə istehsal layihələrinə diqqət yetirməlidir.

Ştaynmayer də öz növbəsində Türkiyə-Almaniya əlaqələrinin uzun tarixə malik olduğunu bildirərək, Almaniyada 3 milyon türkün yaşadığını qeyd edib. O, Almaniya və Türkiyənin çətin iqtisadi dövrlərdən keçdiyini və əlaqələri gücləndirməli olduqlarını bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti