Keçmiş baş pediatrın intiharı ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

  Keçmiş baş pediatrın intiharı ilə bağlı cinayət işi açılıb -  YENİLƏNİB
  24 Aprel 2024    Oxunub:1313
Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatırma maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

* * *

14:21
Azərbaycanın keçmiş baş pediatrı Nəsib Quliyev intihar edib.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır: "Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".

Qeyd edək ki, Nəsib Quliyev tibb elmləri doktoru, professor olub.

AzVision.az


Teqlər: hadisə   intihar   baş-pediatr  





Xəbər lenti