150 həkimdən 34-ü seçildi

150 həkimdən 34-ü seçildi
  17 Aprel 2013    Oxunub:1502
Səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılıb.
Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair ilk müsabiqənin nəticələri açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılıb. Müsabiqənin nəticəsində 34 həkim işə qəbul olunub.

Qeyd edək ki, ilk müsabiqə zamanı 27 ixtisas üzrə 100 vakant yer uğrunda 150 namizəd mübarizə aparıb.



Teqlər:





Xəbər lenti