"Şuşa İƏT Gənclər Paytaxtı - 2024"ün keçirilməsinə dair protokol imzalanıb
İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərov, Nazirlik və İƏT Gənclər Forumunun nümayəndələri iştirak edib.
Qeyd edək ki, İƏT-in 10-cu "Gənclər Paytaxtı" seçilən Şuşa şəhərində islam dünyası gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək - elm, mədəniyyət, idman, sahibkarlıq, sosial mühəndislik, təhsil və yaradıcı sənaye istiqamətlərinə uyğun olaraq 12-dən çox irimiqyaslı oflayn və onlayn tədbirin həyata keçirilməsi nəzərdə tutulub.
AzVision.az
Teqlər: Gənclər-və-İdman-Nazirliyi Şuşa İƏT protokol