"Pedaqoqların dəyərsizləşdirildiyi Ermənistan məhvə məhkumdur" - Ekikyan

"Pedaqoqların dəyərsizləşdirildiyi Ermənistan məhvə məhkumdur"    - Ekikyan
  28 Mart 2024    Oxunub:1075
Tanınməş erməni dirijor, “Ermənistanın balaca müğənniləri” xorunun təsisçisi və direktoru Tiqran Ekekyan hakimiyyəti sərt şəkildə tənqid edib.
AzVision.az xəbər verir ki, o, "168TV"-nin efirində çıxışı zamanı Ermənistanda mədəniyyət mərkəzlərinin bir-birinin ardınca bağlanmasını qınayıb.

“Hesab edirəm ki, mədəniyyət, yaradıcılıq mərkəzlərini bağlamaq insanın həyatına son qoymaq qədər günahdır", -o gileylənib.

Ekekyan qeyd edib ki, mədəniyyət mərkəzlərinə dəyərsiz məkanlar kimi yanaşılır, teatr, ansambl, orkestr, xor dərnəkləri xüsusən də dövlət hesabına fəaliyyət göstərirlərsə, onlara mənasız bir fəaliyyət deyirlər.

Mədəniyyət ocaqları hazırkı dövrdə İrəvan rəhbərliyi üçün qəbuledilməz sayılır. Xüsusən də bu siyasi səbəblərdən belədir: "Teatr uzun illərdir ki, mövcud olub. Birdən-birə qərara gəlirlər ki, daha teatr və ya o ansambla ehtiyac yoxdur. Çünki nə vaxtsa onların bədii rəhbəri vətəndaş mövqeyini ifadə edib. Hazırda elə bir dövrdəyik ki, ölkəmizdə pulu olanlar cəmiyyətin ən yüksək, elit təbəqəsinə çevrilib. Sənətkarın, ziyalının, müəllimin isə çoxdandır ki, dəyəri yoxdur. İntellektual şəxslər, incəsənət adamları, pedaqoqların dəyərdən salındığı bir dövlət dağılmağa məhkumdur".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti