Göygöldə gənc oğlan bıçaqlanıb

   Göygöldə gənc oğlan bıçaqlanıb
  27 Mart 2024    Oxunub:829
Göygöldə 18 yaşlı gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Nihat Musayev istintaqa təhvil verilib.

AzVision.az


Teqlər: cinayət   qətl  





Xəbər lenti