Xəstəxana həyətindən körpə meyiti tapılması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

     Xəstəxana həyətindən körpə meyiti tapılması ilə bağlı araşdırma aparılır -  YENİLƏNİB
  27 Mart 2024    Oxunub:1475
Sumqayıt Tibb Mərkəzinin tabeliyində Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
Bu barədə AzVision.az-a Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmadığı qeyd edilib.

* * *

18:17
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

* * *

17:28
Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

Meyit ərazidən götürülərək təhvil verilib.

AzVision.az


Teqlər: hadisə   xəstəxana   körpə   Baş-prokurorluq  





Xəbər lenti