ABŞ prezidentinin müşavirinin evinə peyin atdılar
Hadisə martın 25-də baş verib. Mətbuatda yayılan məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş cinayətkar avtomobillə keçərkən Sallivanın evinə doğru peyin atıb. Hadisə yerinə dərhal polisin minalardan təmizləmə qrupu gəlib.
Daha sonra Gizli Xidmətin sözçüsü Entoni Quqlielmi telekanala bildirib ki, Sallivanın evində partlayıcı əşyalar tapılmayıb. Hazırda polis şübhəli şəxsi axtarır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: