"Azərbaycanla quru sərhədlərin açılmasını istəyirik" - Gürcüstan XİN

   "Azərbaycanla quru sərhədlərin açılmasını istəyirik" -    Gürcüstan XİN
  12 Mart 2024    Oxunub:944
Tbilisi ümid edir ki, Azərbaycan Gürcüstanla 4 ildir bağlı olan quru sərhədlərini açacaq.
Bu barədə Gürcüstan XİN rəhbəri İlya Darçiaşvili bildirib.

“Biz Azərbaycanla sərhədlərin turizmin inkişafı üçün tamamilə açıq olmasını alqışlayırıq, qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik”, -Darçiaşvili Birinci Kanala müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var.

İqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili bildirib ki, quru sərhədlərin bağlı olması nəticəsində Gürcüstan 1,5 milyondan çox turist itirib və pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. Onun sözlərinə görə, bu, təxminən 400 milyon dollara bərabərdir və məhz bu amil Gürcüstanın turist axınını tam bərpa edə bilməməsinə səbəb olub.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin yazında koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanla quru sərhədini bağlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti