Ukraynanın 600 min tondan çox məhsulu Polşadan tranzitlə ixrac edilib

Ukraynanın 600 min tondan çox məhsulu Polşadan tranzitlə ixrac edilib
  12 Mart 2024    Oxunub:634
2024-cü ilin əvvəlindən Ukraynadan 600 min tondan çox buğda, qarğıdalı və kolza Polşadan tranzit keçib.
Bunu Polşanın kənd təsərrüfatı nazirinin müavini Mixal Kolodzieyçak bu barədə TVP-yə müsahibəsində bildirib. "Bu ilin əvvəlindən Polşadan Ukraynadan 90 min ton buğda, 370 min ton qarğıdalı və 200 min tona yaxın kolza keçib", - deyə o qeyd edib. O, Ukrayna məhsullarının Polşadan tranzitinə icazə verildiyini açıqlayıb.

Fevralın 9-da polşalı fermerlər genişmiqyaslı etiraz aksiyalarına və Ukrayna ilə sərhəddəki keçid məntəqəsinin blokadasına başlayıb. Onlar Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi, milli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edir, həmçinin Avropa İttifaqının 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutan Yaşıl Sövdələşmə strategiyası ilə razılaşmadıqlarını bildirirlər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti