"Paşinyanın deputatlarla görüşündən əvvəl telefonlar alınır" - Ermənistan KİV

   "Paşinyanın deputatlarla görüşündən əvvəl telefonlar alınır" -    Ermənistan KİV
  09 Mart 2024    Oxunub:1204
Ermənistan KİV-i baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları ilə görüşdən əvvəl gördüyü təhlükəsizlik tədbirlərindən yazıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qeyd olunub ki, Paşinyanla qapalı görüşlərdən əvvəl "Vətəndaş Müqaviləsi" partiyasının deputatlarının mobil telefonları yığılır, iclas zalında isə səsboğucular işləyir.

Paşinyanın ötən gün hakim partiyanın nümayəndələri ilə keçirilən görüş öncəsi bu cür tədbirlərə əl atdığı bildirilib.

Nəşrin məlumatına görə, Paşinyanın mühafizə dəstəsinin əməkdaşları baş nazir gəlməzdən əvvəl parlament binasına daxil olaraq yoxlanış keçiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti