Şolzun Putin qorxusu: Kiyev niyə "Taurus"suz qaldı?

  Şolzun Putin qorxusu:  Kiyev niyə "Taurus"suz qaldı?
  07 Mart 2024    Oxunub:763
Almaniya kansleri Olaf Şolz Rusiya ilə qarşıdurmadan qorxduğu üçün Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin göndərilməsinin əleyhinə çıxır.
Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir.

Şolz Putinin şahmatında ən yaxşı fiqurdur - “Financial Times”
Müəllif qeyd edir ki, "Almaniya kanslerinin Rusiyaya qarşı dərin qorxu hissi var və o, “Sülh kansleri” kimi görünməyə çalışır: "Şolzun ideyası ondan ibarətdir ki, Ukraynanı “Taurus” qanadlı raketləri kimi güclü silahlarla təmin etmək prezident Vladimir Putini elə bir səviyyəyə gətirib çıxaracaq ki, o, Almaniyadan qisas alacaq”.

Nəşr vurğulayır ki, Almaniyada hələ də Rusiyanı “təxribata cəlb etmək qorxusu” var. Çünki burada elə alman ailəsi yoxdur ki, onlar Rusiya hücumlarından travma almayıblar: “Bu tendensiyaları və almanların Rusiyanı geniş müharibəyə təhrik etmək qorxusunu başa düşmək üçün 20-ci əsr Almaniyasının tarixinə nəzər salmaq kifayət edir”.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto da bu mövzuya toxunmuşdu. Onun sözlərinə görə, Şolz ​​Ukraynaya "Taurus" raketlərini verməkdən imtina etməklə ağıllı davrandı.

Almaniya müxalifətinin fəallarından olan Yohann Vadeful isə “Financial Times” qəzetinə açıqlamasında deyib ki, Şolz Rusiya prezidenti Vladimir Putinin şahmat taxtasındakı ən yaxşı fiqura çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Rusiya   Münaqişə   Raket   Olaf-Şolz   Putin  





Xəbər lenti