Keçmiş striptizçi şahzadə Harrini çılpaq fotoları ilə hədələdi

   Keçmiş striptizçi şahzadə Harrini  çılpaq fotoları ilə hədələdi
  06 Mart 2024    Oxunub:1036
Keçmiş striptizçi Kerri Royal şahzadə Harrinin çılpaq fotolarını dərc etməklə hədələyib.
AzVision.az xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.

Şahzadədən şok etiraflar: 25 talibançı öldürüb, narkotik istifadə edib
Hər şey Sasseks hersoqunun 2012-ci ildə Las-Veqasda təşkil etdiyi ziyafət zamanı baş verib. O vaxt şahzadə Harri gecəni bir neçə qızla keçirib. Bundan sonra Britaniyanın “The Sun” qəzeti kral ailəsinin 27 yaşlı üzvünün çılpaq şəkildə qadının qucağında poza verməsini əks etdirən fotonu yaymışdı.

İndi isə Kerri Royal onda Harrinin heç kimin görmədiyi şəkillərinin olduğunu iddia edir. Keçmiş striptizçi şahzadədən acıqlı qaldığı üçün fotoları "OnlyFans" səhifəsində yerləşdirmək istəyir: "Adım onun kitabına daxil edilmədiyi üçün bir az qəzəbləndim. Demək istəyirəm ki, o, kitabda həmin qalmaqallı gecə haqqında yazarkən çox şeyin üstündən keçib... Hədsiz dərəcədə sərxoş olduğu üçün kiminsə adını xatırlamasına təəccüblənirəm. Amma aramızda baş verən bir neçə şeydən danışa bilərdi, bunların üstündən keçdi".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şahzadə   Foto  





Xəbər lenti