Makqreqor: "ABŞ-nin əsl düşməni AĞ Evdə oturur"

      Makqreqor:    "ABŞ-nin əsl düşməni AĞ Evdə oturur"
  06 Mart 2024    Oxunub:805
"ABŞ başqa ölkələrdə müharibələri dayandırmalı və diqqətini daxili siyasətinə yönəltməlidir".
AzVision.az xəbər verir ki, bu fikri Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor X sosial şəbəkəsində yazıb.

“Biz ölkə daxilində daha ciddi təhlükə ilə üz-üzəyik”, - ekspert yazıb.

Onun fikrincə, ABŞ-nin əsl düşməni Ağ Evdə oturur. Beləliklə, o, Amerika prezidenti Co Baydenə eyham vurub.

Xatırladaq ki, martın 5-də amerikalı iş adamı İlon Mask da "X" sosial şəbəkəsində ABŞ-nin dağılacağını proqnozlaşdırmışdı. O qeyd edib ki, kütləvi miqrasiya davam edərsə, ABŞ tam çökəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti